Səfir: "Fransanın xarici işlər nazirinin Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir"


Siyasət 24 May 2018 16:11:12 280 0

Səfir: "Fransanın xarici işlər nazirinin Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir"

"Azərbaycan-Fransa münasibətləri bir çox istiqamət üzrə inkişaf edir"

"Fransa və Azərbaycan arasında münasibətlərin əsası hələ Azərbaycan Demokratik Respublikasının mövcudluğu dövründə qoyulub. Bu baxımdan, Fransanın xarici işlər naziri Jan-İv Le Drianın ADR-in 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Arureliya Buşe deyib.

Onun sözlərinə görə, Azərbaycan-Fransa münasibətləri bir çox istiqamət üzrə inkişaf edir, təhsilə xüsusi diqqət yetirilir: "Təhsil sahəsində əməkdaşlıq həmişə - istər ADR dövründə, istərsə də bu gün münasibətlərimizin əhəmiyyətli tərkib hissəsiolub. Ölkə prezidentlərinin səyləri ilə yaradılan Azərbaycan-Fransa Universiteti buna bariz nümunədir".