Dəşkəsəndə yük maşını çaya düşdü,


Digərləri 24 May 2018 15:59:00 298 0

Dəşkəsəndə yük maşını çaya düşdü,

Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mədənçilər qəsəbəsində baş verib.

Belə ki, "QAZel" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində Goranboy rayon sakinləri - 1972-ci il təvəllüdlü Siyavuş Sabir oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Ərəstun Həmid oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.