Demba Ba Beşiktaş qarşısıda şəərt qoyub


İdman 24 May 2018 15:50:00 317 0

Demba Ba Beşiktaş qarşısıda şəərt qoyub

Beşiktaş Demba Banı geri qaytarmaq istəyir. Goal.az xəbər verir ki, ötən mövsüm Göztepe-də icarədə oynayan 32 yaşlı forvard Türkiyə Superliqaısnda mövsümün son matçından sonra Beşiktaş rəsmisi Ahmet Nur Çebi ilə görüşəcəyini bildirmişdi. Seneqallı futbolçuya Shanghai Shenhua-dan da əlverişli təklif gəlib. Ona 2 illik müqavilə, 4 milyon avro məvacib təklif olunub. Ba bunu rəhbər tutaraq "qara qartallar"dan 3 milyon avro illik məvacib istəyir.

Demba Ba 2014-cü ildə 6 milyon avroya Chelsea-dən Beşiktaş-a keçmişdi. 2015-ci ildə 13 milyon avro qarşılığında Shanghai Shenhua klubuna keçən futbolçu daha sonra Türkiyə Superliqasına qayıtmış və Beşiktaş-da icarədə oynamışdı.