Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin keçiriləcəyi tarixlər açıqlandı


Digərləri 24 May 2018 15:42:00 262 0

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin keçiriləcəyi tarixlər açıqlandı

Cari ilin 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Bu ilin 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.