İqtisadiyyat nazirinin müavini: "Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir"


İqtisadiyyat 24 May 2018 15:35:15 268 0

İqtisadiyyat nazirinin müavini: "Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir"

Yeni Rusiya-Azərbaycan Regionlararası Forumu bu ilin sentyabr ayında Gəncə şəhərində keçiriləcək

Yeni Rusiya-Azərbaycan Regionlararası Forumu bu ilin sentyabr ayında Gəncə şəhərində keçiriləcək.

Bu barədə "Report"a Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumunda (SPBİF) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, SPBİF hər il iqtisadiyyat sahəsində aparıcı mütəxəssisləri, müxtəlif ölkələrdə iqtisadi inkişafa cavabdeh olan insanları, dünyanın ən böyük korporasiyalarının rəhbərlərini bir araya gətirir.

"Bu, müasir dünya trendlərinin, iqtisadi inkişaf istiqamətlərinin, yeni iqtisadi mexanizmlərin müzakirəsi üçün əla platformadır. Hər il bura Azərbaycandan nümayəndə heyəti gəlir, nümayəndələrimiz müxtəlif sessiyalarda və panellərdə iştirak edirlər, iqtisadiyyatın müxtəlif sahələri üzrə fikir mübadilələri aparırlar. Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir", - S.Məmmədov vurğulayıb.