"Oğlu olmayıb, xanımından isə ayrılıb"


Şou-biznes 24 May 2018 15:33:00 558 0

"Oğlu olmayıb, xanımından isə ayrılıb"

Bir neçə gün əvvəl aparıcı Azər İsmayılov oğul övladı olması ilə bağlı xəbər yayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində körpə uşaqla videosunu paylaşaraq "Mənim ürəyim, həyatda uğurum. Dilək qızımın qardaşı ona uğur gətirsin. Uğurun Diləkləri həyata keçsin" sözlərini deyib. Azər paylaşımındakı şərh hissəsini də bağlayıb. 

Əldə etdiyimiz məlumata görə, Uğur Azərin öz övladı yox, bacısının oğludur. Hətta Azər ikinci həyat yoldaşı Nəcibə xanımla da bu yaxınlarda ayrılıb.

Qeyd edək ki, A.İsmayılov aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.


Xəbərə aid fotolar