Nazirlik tikinti şirkətinin ağacları kökündən çıxarması faktını aşkarlayıb
Sosial 24 May 2018 15:13:20 307 0
Toplanmış sənədlər müvafiq rayon məhkəməsinə və rayon Polis İdarəsinə göndərilib
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş 6 ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib. Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin “Grand Plaza” MMC-yə verildiyi məlum olub.
Söküntü işləri zamanı ağacların MMC tərəfindən çıxarıldığı müəyyən olunub, faktla bağlı akt və protokol tərtib edilib.
“Grand Plaza” MMC barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər müvafiq rayon məhkəməsinə və rayon Polis İdarəsinə göndərilib.