“Mənə həmin adamı tapın”


Şou-biznes 24 May 2018 15:10:00 398 0

“Mənə həmin adamı tapın”

ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı olan müğənni Ramal İsrafilov maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, Asif Məhərrəmovdan sonra müğənni Ramal İsrafilov da Morteza Paşayinin sehrli dünyasına müraciət etdikdən sonra elə ifaçının yeni mahnısı da şok effekti yaratdı: "Yeni mahnım fars mahnısıdır. Morteza Paşayinin mahnısıdır. İnanmırdım ki, bu ifa mənim mahnılarımı da ötüb keçər. Artıq 10 gündür ki, işıq üzü görüb bir sıra ifaları geridə qoyub. Studiyadan çıxan kimi dedim, hamı kimi məni də qıraqdan çəkin! Mahnımı sevənlərimlə paylaşdım. Çox keçmədi ki, hər kəs yeni ifamla maraqlanmağa başladı. Anladım ki, "Canımın yarısı" sevilir. Ancaq "tutmağını" bilmirdim. "Canımın yarısı" mahnısının sözləri Rauf Sübhi, musiqisi isə Morteza Paşaiyə məxsusdur". Ramalın yeni layihəsinin uğuru o qədər yüngül olub ki, işə necə başlayıblarsa, qısa zamanda da bitiriblər. Və mahnı trendlər siyahısına düşməyi bacarıb: "Mahnının sözlərinə baxdım gördüm ki, nə gözəl sözlərdir. Zəng vurdum ki, vaxt itimədən aranjemanı edin, mən bu mahnını oxuyacam. O deyirlər ey, bu adamın bəxti açıldı, işi yağ kimi getdi. Mahnı necə alındısa, aranjeman da tez oldu, vaxt itirmədən studiyada mahnını oxudum və artıq "Yutub" kanalında trendlərdə yer alıb". Ramalın yeni mahnısı fars musiqisi olduğu üçün ifaçı onun öz bəstəsini hansısa əcnəbinin yüksək səviyyədə oxumasına da mənfi reaksiya verməyəcəyini söylədi: "Əgər mənim mahnımı əcnəbi ifaçılardan kimsə gözəl oxuyarsa, mən həmin adamı axtarıb taparam. Demərəm ki, niyə sən bunu oxumusan? Mənə qonorar ver. Əsl, keyfiyyətli musiqiçi mahnısı gözəl səslənərsə, onu ifa edənə təşəkkür edər. Ancaq pis ifa etsə, mütləq səsimi qaldıraram. Deyərəm ki, həmin adamı tapın! Birincisi, niyə icazə almayıb, ikincisi, qonorar ödəməyib, üçüncüsü niyə oxuyub? Yaxşı oxusa, deyərəm halal olsun". O, son zamanlar musiqi zövqümüzün farslaşdığını bildirir: "Musiqi zövqümüz farslaşıb. Mahnı gözəl mahnıdı. Mənə sonra dedilər ki, Asif Məhərrəmov da həmin musiqiçiyə müraciət edibmiş". Ramal İsrafilov "Şou məkan"a eksklüziv açıqlamasında, bu ay albom təqdimatının olacağını və sənət dostlarını, medianı ətrafına toplayacağını söylədi: "Mən burdan eksklüziv bir xəbər paylaşım. Bu yaxınlarda özəl bir albomum işıq üzü görəcək. Yalnız gözəl insanlara təqdim olunacaq. Orda bütün bəstələrim, öz mahnılarım yer alacaq. Təqdimat edəcəm. Sənət dostlarımı, jurnalistləri, sevənlərimi təqdimata dəvət eliyəcəm". Ramal albomun lazımsız olmadığını bildirdi: "Albom hesabatdır, arxivdir. Mən pul xərcləyirəm. Mənim elə yaxşı dostlarım var ki, məndən də yaxşı pul verirlər və mən onların sayəsində yaxşı dostlarıma albomu hədiyyə edə bilirəm". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto