Nəsimidə ağacları məhv edən şirkət məhkəməyə verilib


Digərləri 24 May 2018 15:17:00 319 0

Nəsimidə ağacları məhv edən şirkət məhkəməyə verilib

Ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş 6 ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib. Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin “Grand Plaza” MMC-yə verildiyi məlum olub.