Karateçilərimiz Sofiyada nüfuzlu turnirə yollanıb


Digərləri 24 May 2018 14:53:00 280 0

Karateçilərimiz Sofiyada nüfuzlu turnirə yollanıb

Milli komandanın üzvləri Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak edəcək.

Bakı. Milli komandanın üzvləri Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 24-28 may tarixlərində bu yarış həm də oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, eləcə də kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev məsul yarışda 10 idmançını sınaqdan çıxaracaq.