Sürücülərin DİQQƏTİNƏ! Keyfiyyətli mühərrik yağını bu cür ayırd edin VİDEO FOTO


Digərləri 24 May 2018 14:47:00 308 0

Sürücülərin DİQQƏTİNƏ! Keyfiyyətli mühərrik yağını bu cür ayırd edin  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişi keyfiyyətli mühərrik yağını ayırd etməyi bacarmayanlar üçün süjet hazırlayıb.

Avtomobil üçün ehtiyat hissələri kimi mühərrik yağlarının da keyfiyyətli olması əsas şərtlərdəndir. Amma Azərbaycan bazarında satılan yağlar şərtləri qarşılamır. Bazarı araşdıran ekspertlər bu sahədə dövriyyədə 170-dən çox brend tipli və digər məhsulların olduğunu deyir. Onların böyük əksəriyyətinin isə mənşəyi bəlli deyil.  Asiman Əsədov - Ekspert: "Arxasındakı yazılara aldanmaq olmaz. Çünki bu yazılar məcburi yazılmalıdır. Hansı laboratoriyada öz təsdiqini tapdığını bilsək, daha məqsədəuyğun olar. Hazırda daha populyar, daha tanınan yağlara müraciət edilir". Digər problem isə, mühərrik yağlarının təsnifatlaşdırılması ilə bağlıdır. Ekpertlərin fikrincə, hazırda bazarda elə yağlar var ki, üzərində bütün avtomobil markaları üçün istifadə oluna biləcəyi ilə bağlı qeydlər var. Bu isə, şübhə doğurmaya bilməz. Asiman Əsədov - Ekspert: "Ştrix kodlar var ki, onu təsbit etmək üçün bar-koddan istifadə etmək lazımdır. Hansı ölkəyə aid olduğunu öyrənmək olur. Məsələn, mənim avtomobilim Asiyada istehsal olunub. Mənə niyə Avropa maşınlarına uyğun olan 5x40 yağından və yaxud da ki, 5x30 yağından verirsiz?" Çeşidin çox olması ilə yanaşı, bəzi hallarda ustaların da yanlış yönləndirməsi sürücülərdə çaşqınlıq yaradır. Ramin Şükür - Sürücü: "Azərbaycan bazarında bizi narahat edən əsas məsələ güvəndir". Hazırda Azərbaycanda motor və sürtgü yağı ilə məşğul olan iki yerli şirkət olsa da, onların da xammalla bağlı problemləri var. Pərviz Əzimov - Satış meneceri: "Təəssüf ki, biz bütün Azərbaycanı xammalla təmin edə bilmirik. Çox istərdik ki, biz bunu təmin edək. Qablaşdırma Azərbaycan istehsalıdı, amma yağ xaricdən gəlir". Ekpertlərin fikrincə, bazarda mütəmadi olmasa da müəyyən yoxlamaların aparılmasına ehtiyac var. Bununla yanaşı, ölkədə avtomobillərin sayının sürətlə çoxalması bu sahədə yerli istehsalın artırılmasını stimullaşdıran amillərdəndir. Bu, həm də ölkənin iqtisadi hədəflərindən olan idxaldan asılılığın aradan qaldırmağa xidmət edəcək.


Xəbərə aid fotolar