Dünya Bankı: "Azərbaycanın aqrar sektoru üçün yeni maliyyə məhsulları lazımdır"


Digərləri 24 May 2018 14:20:00 419 0

Dünya Bankı: "Azərbaycanın aqrar sektoru üçün yeni maliyyə məhsulları lazımdır"

Azərbaycanın aqrar sektoru üçün yeni maliyyə məhsulları təqdim etmək zəruridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə bir sıra bank və bank olmayan kredit təşkilatları arasında niyyət protokollarının imzalanmasına həsr olunmuş tədbir zamanı Dünya Bankının Bakı ofisinin nümayəndəsi Rufiz Çıraqzadə deyib.