"İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib FOTO


Digərləri 24 May 2018 14:00:00 591 0

"İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib  FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində yazıçı, publisist Bəxtiyar Qaraca və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının müəllifi olduğu "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, kitabın ön sözünün müəllifi "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovdur.

Kitabın təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, Azərbaycan xalqı hər zaman Şərdə ilk demokratik respublika yaradan xalq olması ilə fəxr edib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının 100 illik tarixində ən böyük hadisədir.

Ə.Amaşov əlavə edib ki, "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı "Veysəloğlu" Şirkətlər Qrupunun Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hədiyyəsidir:

"Kitab Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq, dövlətçilik tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Kitabda son iki əsrdə milli məfkurəni, özünədərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği və mühafizəsidir".

Ə.Amaşov qeyd edib ki, kitabda tarixçilərin sənədlərindən başqa, jurnalist araşdırmaları da yer alıb. Kitabda, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi islahatlardan söz açılır.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş bildirib ki, mayın 28-də Azərbaycan ilk demokratik respublikasının qurulmasının 100 illiyini qeyd edəcək: "Tarixi faktlar da göstərir ki, Azərbaycan hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan, demokratik dəyərlərin bünövrəsini qoyan ilk respublikadır".

Z.Hernyeş qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi.

O əlavə edib ki, bütün bunlar illər sonra fundamental azadlıqları təsbit edən dəyərlər kimi Avropada yarandı.