"Tuxel üçün əsas məsələ Neymarla dil tapmaqdır"


İdman 24 May 2018 13:45:00 287 0

"Tuxel üçün əsas məsələ Neymarla dil tapmaqdır"

Arsenal-ın hücumçusu Pyer-Emerik Obameyanq Borussia Dortmund-da birlikdə çalışdığı Tomas Tuxel yeni iş yerində qarşılaşa biləcəyi çətinliklərdən danışıb. Goal.az xəbər verir ki, 27 yaşlı forvard onun PSG-yə titullar qazandıracağını qeyd edib.

"Tuxel taktika baxımından PSG-yə çox şey verə bilər. Onun üçün ən çətin məsələ Paris klubunun ulduzları, o cümlədən Neymarla dil tapmaq olacaq. Düşünmürəm meydanda hər hansı problem yaşasınlar. Amma komandanı əldə saxlamaq Tuxel üçün əsl sınaqdır. O, istənilən vaxt oyun sistemini dəyişdirə, kluba qələbələr qazandıra bilər".