“Həyatımın ən böyük arzusuna çatdım BANMın tələbəsi oldum!”


Digərləri 24 May 2018 13:21:00 281 0

“Həyatımın ən böyük arzusuna çatdım  BANMın tələbəsi oldum!”

2018/2019-cu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan Vasif Əsədov Son.az-a müsahibə verib.

Həmin müsahibə təqdim edirik:

- Vasif, özünüzü daha yaxından tanıdın.

- Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var.

- Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

- Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitetaxtarışında idim və BANM qarşıma çıxdı. Sonra Ali Məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.

- İnkişafınız və bu uğurunuz üçün ən çox kimə borclusuz?

- İnkişafım və uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.