Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışı asanlaşır


Digərləri 24 May 2018 13:12:00 235 0

Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışı asanlaşır

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Azərbaycanın bir sıra bankları və bank olmayan kredit təşkilatları arasında niyyət protokolları imzalanıb.

Sənədləri Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Kapital Bank, Turan Bank, Rabitəbank, "Aqrarkredit" QSC, "Finoko" ASC və "Finans İnvest" ASC-nin nümayəndələri imzalayıblar.