Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni bədiisənədli film “Cümhuriyyətin 9 şəkli”


Digərləri 24 May 2018 12:58:00 286 0

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni bədiisənədli film  “Cümhuriyyətin 9 şəkli”

1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq demokratik respublikasını qurub, ümumi bayraq altında öz cümhuriyyətini elan etdi. Bu unudulmaz və qürurverici hadisəni əbədiləşdirmək məqsədilə "Veysəloğlu" Şirkətlər Qrupu özünün təşəbbüskarlığı və "Cinealliance" kino şirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alıb.

Qeyd edilir ki, filmin özəlliyi baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin baxışından açıqlanması, həmçinin illər kecəndən sonra onun ailəsində yaşanan ideoloji muhitin üzə çıxarılmasındadır.

Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.