"20 dəqiqəyə ətrafım onu başa saldı ki, çaşma"


Şou-biznes 24 May 2018 12:45:00 493 0

"20 dəqiqəyə ətrafım onu başa saldı ki, çaşma"

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılova olub.

Rəqsanə efirdə Cinlə aralarında yaşanan gərginlikdən söz açıb: ""Bivəfa" mahnısını kimin ifasında tanımısınız? Bütün Azərbaycan bilir ki, "Bivəfa"nı Rəqsanə ifa edir. Mən tanıtdırmışam o mahnını. Azadə gəlib tanıtdırmayıb ki!.. Heç Azadəni, yeri gəlsə, Azərbaycan tamaşaçısı tanımır. Bir proyekti də bunlar götürdülər. "Bivəfa"nı oxudular. Mən özüm də instagram hesabımdan Cinin oxuduğunu paylaşdım. Yazdım ki, həqiqətən, yaxşı alınıb, uğurlar. Bir dəfə, iki dəfə, üç dəfə baxdım efirdə mənim adımı çəkmədi.

Mənə təsir etdi. Mən başa düşmürəm, bu, nə deməkdir? Mən "Bivəfa"nı pulnan yazdırmışam. Şairə mən pul verib almışam, şair mənim ala qaşıma-gözümə pay verməyib ki!.. Nə olsun şairdən icazə almısan? Sonra o video paylaşdı. Mən videonu görəndə dəhşətə gəldim. 39 yaşım var. Mənim elə dostlarım var ki, elə ətrafım var ki, nəinki Cin, heç kəs haqqımda elə səhv edə bilməz. Üzərindən heç 20 dəqiqə keçmədi, ona dedilər ki, çaşıb belə səhv etmə. Həmin dəqiqə videonu yığışdırdı. Sonra məndən üzr istədi".


Xəbərə aid foto