Məktəblərə, ilk növbədə, həmin ərazidə yaşayan uşaqlar qəbul olunacaq


Digərləri 24 May 2018 12:29:23 263 0

Məktəblərə, ilk növbədə, həmin ərazidə yaşayan uşaqlar qəbul olunacaq

Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.