İniestanın Yaponiya klubuna transferi rəsmiləşdi


İdman 24 May 2018 12:32:00 252 0

İniestanın Yaponiya klubuna transferi rəsmiləşdi

Barcelona-nın sabiq yarımmüdafiəçisi Andres İniestanın harda oynayacağı rəsmiləşib. Goal.az xəbər verir ki, Yaponiyanın Vissel Kobe klubu 34 yaşlı ulduzun transferini açıqlayıb. Onunla 3 illik müqavilə imzalanıb. Təcrübəli havbekin maaşı ildə 30 milyon dollar olacaq.

Mayın 26-sı öz stadionunda İniestanı azarkeşlərə təqdim edəcək. Vissel Kobe-nin sahibi Hirosi Mikitani Barcelona-nın titul sponsoru "Rakuten" firmasının da sədridir. Qeyd edək ki, Vissel Kobe-də Almaniya millisinin sabiq üzvü Lukaş Podolski də forma geyinir.