Bakıxanovda quldurluq edən yeniyetmələr tutulub


Digərləri 24 May 2018 12:38:14 223 0

Bakıxanovda quldurluq edən yeniyetmələr tutulub

Bakıxanovda quldurluq edən yeniyetmələr tutulub.

Bakı. Bakıxanovda quldurluq edən yeniyetmələr tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə mayın 20-də saat 17 radələrində Bakıxanov qəsəbəsində yaşayan A.Baxşıyevin evinin həyətinə girmiş 2 nəfərin oradan əlvan metal oğurlayarkən ev sahibinin qonağı olan qohumu, Bakı şəhər sakini Ə.Baxşıyevin onlardan birini tutmağa cəhd göstərməsi, bu zaman həmin şəxsin ona bıçaqla xəsarət yetirərək aradan çıxmaları barədə müraciət daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar zamanı mayın 14-də həmin evdən məişət əşyalarının və inşaat materiallarının oğurlandığı da müəyyən edilib.