Del Boske: "Zidanın məşqçi olacağına inanmırdım"


İdman 24 May 2018 12:14:00 318 0

Del Boske: "Zidanın məşqçi olacağına inanmırdım"

Real və İspaniya millisinin sabiq çalışdırıcısı Visente Del Boske sabiq yetirməsi Zinəddin Zidan haqqında danışıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis gənc həmkarı barədə bunları deyib:

"Həmin vaxt inanmırdım ki, parlaq futbolçu karyerasından sonra Zidan baş məşqçi olsun. O, Real-a futbolun daha sərt olduğu İtaliyadan gəlmişdi. Şübhəsiz, Zidan qeyri-məhdud istedada malik idi. Eyni zamanda ispan futboluna uyğunlaşmağa çalışırdı və buna nail oldu. Onun ən yaxşı keyfiyyətlərini ortaya çıxardıq. Roberto Karlos, Luiş Fiqo, Raulla birlikdə oynamaqla da Zidan uddu. O, Real-da Juventus-a nisbətən futboldan daha çox həzz aldı".

Zidan 2001-03-cü illərdə Del Boskenin rəhbərliyi altında oynamışdı.