Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi üzrə məhkəmə başlayıb


Digərləri 24 May 2018 12:00:39 301 0

Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi üzrə məhkəmə başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Fərman Məmmədovun nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, cinayət işi ilə tanış olmayıb: "Mən Fərman müəllimlə yeni müqavilə bağlamışam, işlə də tanış deyiləm. Müvəkkilim deyir ki, istintaq dövründə təqsirləndirilən Elnur İbrahimovdan heç vaxt şikayətçi olmayıb. Onun şikayəti Həbib Axunova qarşı olub. O, bu iş üzrə Həbib Axundovun təqsirləndirilməli oldunu söylədi".

Zərərçəkmiş F.Məmmədov da vəkilinin qaldırdığı vəsatətlə razı olduğunu qeyd edib.

Vəsatət təmin edilib.

Proses mayın 31-dək təxirə salınıb.