Bakıda qonşusunu bıçaqlayan Avropa çempionuna hökm oxundu


Digərləri 24 May 2018 11:57:00 279 0

Bakıda qonşusunu bıçaqlayan Avropa çempionuna hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bakı şəhər sakini Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il paytaxtın Nərimanov rayonunda 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.