Qarabağ-ın futbolçusu A Seriyasına qayıda bilər


İdman 24 May 2018 11:19:00 268 0

Qarabağ-ın futbolçusu A Seriyasına qayıda bilər

Qarabağ-ın futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

“Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, - D.Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay Qarabağ-la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.