Bakıda 4cü mərtəbədən yıxılan fəhlənin boynu sındı


Digərləri 24 May 2018 11:05:00 240 0

Bakıda 4cü mərtəbədən yıxılan fəhlənin boynu sındı

Bakıda fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

İmran Kərimov küçəsində bina tikintisi zamanı 41 yaşlı Əhmədov Yusif Habil oğlu 4-cü mərtəbədən yerə - beton örtüyünün üzərinə yıxılıb. O, boyun sümüyünün sınığı və bədənindəki digər sınıq xəsarətləri diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.