Abşeronda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqladı


Digərləri 24 May 2018 11:09:00 239 0

Abşeronda sürücü avtomobilindəki qadına baxan kişini bıçaqladı

Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ. Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.