Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə


Dünya 24 May 2018 10:42:00 248 0

Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə

Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində kütləvi zəhərlənmə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 81 hərbçi zəhərlənmə diaqnozu ilə hərbi hospitala yerləşdirilib.

Məlumata görə, hadisə hərbi hissədə dezinfeksiya işləri aparıldıqdan sonra baş verib. Zəhərlənmənin də bu səbəbdən olması ehtimal edilir.