Deputat: "Rüstəm İbrahimbəyov xalqına xəyanət, dövlətinə qarşı düşmənçilik etdi"


Digərləri 24 May 2018 10:47:00 224 0

Deputat: "Rüstəm İbrahimbəyov xalqına xəyanət, dövlətinə qarşı düşmənçilik etdi"

Xalqına xəyanət edəni nə cəmiyyət, nə də tarix əfv edir. Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmini çəkməklə xalqına xəyanət, dövlətinə və millətinə qarşı düşmənçilik etdi. Ancaq məsələ təkcə bunda deyil. Onun ssenari müəllifi olduğu film uzun müddət işğalçı Ermənistanın ideoloqlarının əlində Azərbaycana qarşı "yumşaq silah" olacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, əslində bu film elə erməni maliyyəsi əsasında və erməni xislətinə uyğun çəkilib: "Çünki öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. Azərbaycan xalqına qarşı ən qəddar, faşizm hərəkətlərini ermənilər edib, Xocalı soyqırımını, Malıbəyli faciəsini ermənilər törədib, beş yaşlı uşağın dərisini Zori Balayanlar soyub. Bu filmlə İbrahimbəyov özünü erməni faşistləri ilə bir sıraya qoydu. Çünki onların xalqımıza qarşı etdiyi cinayətləri guya bizim onlara qarşı etdiyimiz kimi göstərdi. Bu, namərdlik və əxlaqsızlıqdır. Filmdə Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi azərbaycanlıların ermənilərə qarşı olan nifrəti göstərilir, azərbaycanlıların qorxaq, riyakar obrazı yaradılır, hətta öz övladının ölüm xəbərini öyrənmək üçün Azərbaycana gələn erməni qoca döyülür və bununla da azərbaycanlıların nə qədər qəddar, mənəviyyatsız və antihumanist olduğu diqqətə çatdırılır".

Deputat vurğulayıb ki, ermənilər tərəfindən son 100 ildən artıq bir vaxtda soyqırıma, xəyanətə, hər cür vəhşiliyə məruz qalan, lakin bununla belə heç bir vaxt silahsız insanlara atəş açmayan, daima öz tarixi humanizm ənənələrinə sadiq qalan bir xalqı bu cür təsvir etmək düşmənçilik və xəyanətdir: