“Bu ürəklər birləşib böyük işlər görəcək” FOTO


Siyasət 24 May 2018 10:37:00 248 0

“Bu ürəklər birləşib böyük işlər görəcək”  FOTO

Türkiyə Böyük Millət Məclisinin spikeri  İsmayıl Qəhrəman Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib. 

Son.az xəbər verir ki, Türkiyənin Anadolu Agentliyinin yaydığı məlumata görə, TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İsmayıl Qəhrəman görüşdə Qarabağ məsələsinə də toxunub və bildirib: "Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır".

Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, deyib: "İnanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək".

F.Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti

İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib.

O əlavə edib ki, iki ölkənin insanları arasında böyük körpülər var: "Bu körpülər Ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir".

Yusif Nəsirli Son.az


Xəbərə aid fotolar