"Moody’s" Bakıda növbəti illik konfransını keçirir


İqtisadiyyat 24 May 2018 10:12:01 298 0

"Moody’s" Bakıda növbəti illik konfransını keçirir

Agentliyin rəsmisi iqtisadi şaxələndirməni davam etdirməyi və bank sektorunun likvidliyini artırmağı tövsiyyə edib

Bu gün"Moody’s" beynəlxalq reytinq agentliyi Bakıda növbəti illik konfransını keçirir.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycandan olan maliyyə institutlarının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən"Moody's"in vitse-prezidentinin köməkçisi Kristian Vanq (Christian Vang) son illər Azərbaycan da daxil olmaqla MDBölkələrindəbaş verən iqtisadi proseslərdən, dünya bazarında neftin ucuzlaşmasınıniqtisadiyyata təsirindən danışıb. Onun fikrincə, regionda iqtisadiyyatın şaxələndirilməsi davam etdirilməli və bank sektorunun likvidliyi artırılmalıdır.