“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmi təqdim olunub


Digərləri 24 May 2018 10:10:00 446 0

“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmi təqdim olunub

"Veysəloğlu Şirkətlər Qrupu" özünün təşəbbüskarlığı və "Cinealliance" Kinoşirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alıb.

Bakı. 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi. Trend-in məlumatına görə, məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, "Veysəloğlu Şirkətlər Qrupu" özünün təşəbbüskarlığı və "Cinealliance" Kinoşirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alıb. Baş verənlər tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanması, Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhitin yaradılmasıdır. Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.