Qazaxda yol qəzasında ana və oğlu yaralandı


Digərləri 24 May 2018 10:10:00 276 0

Qazaxda yol qəzasında ana və oğlu yaralandı

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Ürkməzli kəndinə gedən yolda minik avtomobilinin qəzaya uğraması nəticəsində Qazax şəhər sakinləri, 1967-ci il təvəllüdlü Aləmzar Hüseynov, 1961-ci il təvəllüdlü Gülsabə İsmayılova və onun oğlu, 1997-ci il təvəllüdlü Asəf Əliyev bədən xəsarətləri alaraq, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.