Napoli-nin yeni baş məşqçisi açıqlandı


İdman 24 May 2018 09:43:00 272 0

Napoli-nin yeni baş məşqçisi açıqlandı

Mauritsio Sarri ilə yollarını ayıran Napoli-nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, Neapol klubunun yeni mövsümdən digər italiyalı mütəxəssis Karlo Ançelotti çalışdıracaq. Napoli-nin prezidenti artıq sözügedən mütəxəssislə görüşərək, onunla 3 illik müqavilə barədə razılığa gəldiyini söyləyib. Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, Ançelotti son olaraq 2016/17 mövsümündə Bayern Munich-i çalışdırıb və bu komandanı Almaniya çempionu etməklə futbol tarixinə keçib. Belə ki, o, Avropanın 5 ən böyük futbol ölkəsindən dördündə (Almaniya, Fransa, İngiltərə, İtaliya) çempionluq sevinci yaşayıb. Bu isə ilk belə uğurdu və hələ onun göstəricisini təkrarlayan mütəxəssis yoxdu. Ançelotti 2003/04 mövsümündə Milan-ı İtaliya, 2009/10-da Chelsea-ni İngiltərə, 2012/13-də PSJ-ni Fransa çempionu edib. Onun “böyük beşlik”də yeganə çempionluq sevinci yaşamadığı ölkə İspaniyadı. Halbuki, 2013/2015-ci illər aralığında o, İspaniya nəhəngi Real Madrid-də də çalışıb.