Ədliyyə orqanlarında işləmək istəyən 640 nəfər imtahan verəcək


Digərləri 24 May 2018 09:46:00 251 0

Ədliyyə orqanlarında işləmək istəyən 640 nəfər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 23-25 may tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.