DİN: Axtarışda olan 30 nəfər saxlanılıb


Digərləri 24 May 2018 09:32:51 209 0

DİN: Axtarışda olan 30 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.