ASAN Xidmətə daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişdi


Digərləri 24 May 2018 09:20:00 355 0

ASAN Xidmətə daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişdi

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxs də daxil edilib.