Yeni iPhonelar hazırlanır


Digərləri 24 May 2018 08:59:00 237 0

Yeni iPhonelar hazırlanır

Tayvanın "TSMC" şirkəti "Apple" istehsalçısının payızda təqdim edəcəyi növbəti nəsil "iPhone" smartfonları üçün prosessorların seriyalı buraxılışına başlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, ABŞ şirkətinin "A12" adlandıracağı gözlənilən prosessor 7 nanometrlik texnoloji prosesdən istifadə edən çip üzərində ilk mobil sistem olacaq. Hazırda ən qabaqcıl çiplər, o cümlədən "iPhone X" və "iPhone 8" modellərində "Apple A11", eləcə də "Qualcomm Snapdragon 845" 10 nanometrlik texnoloji proses üzrə buraxılır.

Məlumata görə, 7 nanometrlik (göstərici çipin hesablama elementləri arasında məsafəni bildirir) prosessorlar 10 nanometrlik çiplərdən daha effektiv, məhsuldar və kompakt olacaq. Onlarla təchiz edilən smartfonlar eyni məhsuldarlığa malik olmaqla enerji toplamadan daha çox işləyə və az qıza və ya əvvəlki nəsil çiplərin avtonomluğunu və termopaketini saxlamaqla daha güclü olacaqlar.