"Google" məhkəmə qarşısında:


Digərləri 24 May 2018 08:35:00 228 0

"Google" məhkəmə qarşısında:

Böyük Britaniyada "Google" əleyhinə kollektiv məhkəmə iddiası qaldırılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın IT nəhəngi Böyük Britaniyada 4,4 milyon "iPhone" istifadəçisini qanunsuz izləməkdə ittiham olunur.  

İddia istehlakçı bazarını araşdıran "Which?" şirkətinin sabiq direktoru Riçard Lloyd tərəfindən məhkəməyə təqdim edilib.

İddiada bildirilir ki, "Google" 2011-ci ilin avqustundan 2012-ci ilin fevralına qədər "Apple"ın mobil cihazlarında "Safari" brauzerinin konfidensiallığını pozub. Məqsəd insanlara ünvanlı reklamlar göndərmək üçün onların məlumatlarını əldə etmək və kateqoriyalara ayırmaq olub. Şirkət "Safari"də axtarış tarixçəsinə çıxış imkanı verən alqoritmdən yararlanıb. "Google" irq, fiziki forma, siyasi baxışlar, seksual orientasiya, sosial status, maliyyə vəziyyəti, istehlakçı maraqları, geolokasiya kimi məlumatlar əldə edib.