Microsoft süni intellektə diqqəti artırır


Digərləri 24 May 2018 08:21:00 287 0

Microsoft süni intellektə diqqəti artırır

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan "Microsoft Corp" süni intellekt sahəsində Çinin universitetləri, müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu haqda "China Daily" qəzeti məlumat yayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "Çin ən dinamik inkişaf edən bazarlardan biridir, 400 mindən çox yerli proqram təminatı istehsalçısı müxtəlif proqramların yaradılması üçün "Microsoft"un platforma və texnologiyalarından istifadə edir, onların 100 mindən çoxu isə süni intellekt sahəsində həllər hazırlayır" - qəzet şirkətin icraçı vitse-prezidenti Harri Şumdan sitat gətirib. "Çinlə əməkdaşlığı genişləndirməklə biz ölkə bazarında yeni imkanlar yaratmağa ümid edirik" - o deyib.