Microsoft yeni şirkət aldı


Digərləri 24 May 2018 08:11:00 204 0

Microsoft yeni şirkət aldı

"Microsoft" korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan "Semantic Machines" şirkətini satın alıb.

Son.az ICTnews-a istinadən bildirir ki, bu haqda "Microsoft"un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, "Semantic Machines" şirkətinin süni intellekt sahəsində həlləri "Cortana" adlı səsli köməkçi, həmçinin "Azure Bot" və "Xiaolce" xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, "Microsoft"un nümayəndəsi bildirib ki, korporasiya Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, "Semantic Machines" şirkəti 2014-cü ildə təsis edilib.