Bu qurğu psixi xəstə uşaqlara kömək edəcək VİDEO


Digərləri 24 May 2018 08:01:00 240 0

Bu qurğu psixi xəstə uşaqlara kömək edəcək  VİDEO

Yeni "Mightier" oyun platforması oyunların uşaqların psixikasına təsir göstərməsi faktını sübut edir.

Son.az ICTnews-a istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, yeni platforma psixi xəstəlikdən əziyyət çəkən uşaqlara kömək edəcək. Həmçinin qeyd olunur ki, mütəxəssislər tərəfindən platformanın bəzi hallarda dərmanlardan daha effektiv olmasını göstərən bir sıra tədqiqatlar keçirilib.

Eyni zamanda tərtibatçılar qrupu bildirib ki, "Mightier" platformasında oyun sessiyası zamanı uşağa "Fitbit" və ya "Apple Watch" qurğusunu xatırladan və vəzifəsi nəbzin ölçülməsindən ibarət xüsusi cihaz geyindirilir. Ürək döyüntüsünün ritmindən asılı olaraq platforma uşağın nəbzini və emosional vəziyyətini balanslaşdırmaq üçün oyunun format və tipini ölçür.