Dronlar suda batanları xilas edəcək


Digərləri 24 May 2018 07:51:00 245 0

Dronlar suda batanları xilas edəcək

Almaniyanın Baltik dənizi sahilində çimərlik mövsümü ilə əlaqədar suda batan insanların xilası üçün pilotsuz uçan aparatlardan istifadəyə başlanılıb.

Son.az ICTnews-a istinadən bildirir ki, saatda 85 km sürətlə hərəkət edən dronların göyərtəsində su ilə toxunuşda avtomatik hava ilə doldurulan xilasedici yastıqlar quraşdırılıb.

Almaniya Qırmızı Xaç Cəmiyyətinin xilasedicisi Tomas Povasseratın sözlərinə görə, dronlar xilasediciləri əvəz etmir, onların funksiyalarını tamamlayır. "Onlar qısa zamanda yardıma ehtiyacı olan insana yaxınlaşaraq ona xilasedici kater gələnədək suda qalmağa kömək edirlər", - bildirib.