Facebookda daha bir yenilik olacaq


Digərləri 24 May 2018 07:41:00 214 0

Facebookda daha bir yenilik olacaq

"Facebook" sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq səsli mesajlar rəngli fonda səsləndiriləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, istifadəçilər mesajın fonuna adi şəkillərin dərcində olduğu kimi, stiker, smaylik və şəkillər əlavə edə bilərlər. Bu funksiya ilk əvvəl Hindistan sakinləri üçün əlçatan olacaq, sonra başqa ölkələrin istifadəçiləri də sözügedən funksiyadan yararlana biləcəklər.