Trampın kürəkəni 7 saat sorğusual edildi


Dünya 24 May 2018 06:22:00 238 0

Trampın kürəkəni 7 saat sorğusual edildi

ABŞ-da 2016-cı ilə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller bu ilin aprelində prezident Donald Trampın kürəkəni Cared Kuşneri 7 saat sorğu-sual edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

"Cared Kuşner bir il əvvəl 2016-cı ilin seçkilərinə müdaxilə ilə bağlı istənilən təhqiqatla əməkdaşlıq etməyə ilk razılaşanlardan biri idi. O, həmin vaxtdan araşdırmaya tam kömək edib və Konqresin nümayəndələri ilə dindirmədə iştirak edib. Kuşner həmçinin xüsusi prokurorun komandası ilə iki dəfə danışıb", - deyə telekanal Kuşnerin vəkili Abba Loueldən sitat gətirib.