İtaliyada sərnişin qatarı yük avtomobili ilə toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB


Dünya 24 May 2018 06:33:00 264 0

İtaliyada sərnişin qatarı yük avtomobili ilə toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Hadisə zamanı 2 nəfər ölüb, 18 nəfər yaralanıb

İtaliyanın şimalında sərnişin qatarının yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı həmçinin 18 nəfər xəsarət alıb. Qeyd edək ki, qəza Turinin şimalındakı Kaluzo şəhərində baş verib. Litva nömrəli yük avtomobili semaforda qatarın yaxınlaşdığını bildirən siqnal zamanı dəmir yoluna çıxıb. Nəticədə qatarla avtomobil toqquşub.

***03:21

İtaliyanın şimalında sərnişin qatarı yük avtomobili ilə toqquşub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Turinin "La Stampa" qəzeti məlumat yayıb.

Məlumata görə, qəza Turinin şimalındakı Kaluzo şəhərində baş verib. İlkin xəbərdə bildirilir ki, Litva nömrəli yük avtomobili semaforda qatarın yaxınlaşdığını bildirən siqnal zamanı dəmir yoluna çıxıb. Nəticədə qatarla avtomobil toqquşub.

Hadisə zamanı 1 nəfər ölüb, azı 15 nəfər xəsarət alıb. Qəza yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Bildirilir ki, xəsarət alanlardan bir neçəsi hələ də vaqonların içindədir.