Stressə davamlılığınız azalıbsa, orqanizmdə bu maddənin defisiti var


Digərləri 23 May 2018 23:51:00 299 0

Stressə davamlılığınız azalıbsa, orqanizmdə bu maddənin defisiti var

Stress - hər bir insanın gündəlik həyatının ayrılmaz və qaçılmaz bir hissəsidir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ailə münaqişələri, məişət problemləri və işdə yaranan problemlər səbəbindən biz, çox vaxt orqanizmin emosional və fiziki tükənmənin yorğunluq, düşkünlük, həyəcan, əsəbilik, yuxu pozğunluğu, ürək döyüntülərinin tezləşməsi kimi aşkar əlamətlərinə diqqət yetirmirik.

Stress simptomlarının maqnezium çatışmazlığının yayılmış simptomlarına bənzər olmağının səbəbi nədir? Maqneziumun əsas funksiyalarından biri sinir sisteminin müdafiəsidir. Bu səbəbdən maqnezium çatışmazlığı zamanı orqanizmin stressə qarşı dayanıqlığı azalır. Stress maqneziumun orqanizmdən xaric olunmasına səbəb olur. Orqanizmdə stress nəticəsində azalan ehtiyatları bərpa etmək üçün kifayət qədər maqnezium olmadığı halda stress vəziyyəti daha da ağırlaşır. Beləliklə, maqnezium çatışmazlığı orqanizmin stressə dayanıqlığını azaldır, stressə dayanıqlığının azalması isə maqnezium çatışmazlığının inkişafına səbəb olur.

Qıcolmalar və ağrılar - maqnezium çatışmazlığının 1 No-li müşayiətçisidir

Maqnezium bir sıra maddələr mübadiləsi reaksiyalarında iştirak edir. Həmçinin, maqnezium sinir impulslarının ötürülməsini tənzimləyir və əzələlərin yığılmasında iştirak edir. Baldır, boyun, çiyin və ya bel əzələlərinin tez-tez baş verən qıcolmaları, əzələ ağrıları - maqnezium çatışmazlığının yayılmış əlamətlərinədn biridir. Qeyd olunan simptomlar adətən günün ikinci yarısında güclənir. Çox vaxt idman ilə məşğul olan şəxslər tiklər və əzələlərdə ağrılardan əlavə baş ağrılardan da şikayət edir və qeyd olunan baş ağrıların səbəbi maqnezium çatışmazlığı ola bilər.

Orqanizmdə maqnezium çatışmazlığının yaranma səbəbləri hansılardır?

Maqnezium çatışmazlığının səbəbi nədir?

- Stresslər

- Qeyri-tarazlaşdırılmış qidalanma

- Qidada natriumun həddən artıq yüksək miqdarı (duz, dadlandırıcı maddələr)

- Həddən artıq tərləmə (idman, fiziki aktivlik və s.)