Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 23 May 2018 23:33:00 263 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 81,32 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,42 dollar/barel çoxdur. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 80,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 77,64 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.