Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir


Digərləri 23 May 2018 23:27:00 284 0

Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir

Siqaret çəkmək ağciyərin sağlamlığına ciddi ziyan vurur, ağciyər xəstəliklərinin və o cümlədən ağciyər xərçənginin inkişafına səbəb olur.

Cons Hopkins Universitetinin (ABŞ) alimləri siqaretlərin orqanizmə və xüsusilə ağciyərə olan mənfi təsirinin azaltmağının yollarını araşdırıb.  

Son.az saglamolun.az-a istinadən bildirir ki, eksperimentlər zamanı alimlər müxtəlif qida və içkilərdən istifadə edirdi. Nəticədə məlum olub ki, hər gün 3 alma və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan mənfi təsiri azalmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək mümkündür.

Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri möhkəmləndirməyə kömək edir.