Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir XƏYANƏT VİDEO


Digərləri 23 May 2018 23:07:00 321 0

Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir  XƏYANƏT  VİDEO

Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir - Son.az bildirir ki, söhbət ssenari müəllifi Rüstəm İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov, eləcə də Eldar Şengelayanın olduğu 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü" adlı filmdən gedir.

Filmdə üç Qafqaz ölkəsinin bir-birilə müqayisəsi aparılır. Və bu müqayisədə Azərbaycan xalqı Cənubi Qafqazın ən pis xalqı kimi xarakterizə edilir. Filmin elə başlanğıcında qorxaq azərbaycanlı uşağın fonunda mərd və cəsur erməni uşağın müqayisəsi verilir.

Erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması ilə guya vəhşi azərbaycanlıların dinc ermənilərə qarşı qəddarlı göstərilir.

Hətta öldürülən oğlunun xəbərini almaq üçün Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü də təsvir olunub.

Məsələyə münasibət bildirən tanınmış kinoşünas Ayaz Salayev deyib ki, bu filmin mövcud reallıqla heç bir əlaqəsi yoxdur.

Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti açıq şəkildə öz əksini tapıb. Hətta heç bir azərbaycanlı filmdə çəkilmək istəmədiyinə görə bu obrazı da rusiyalı aktyorlar öz üzərinə götürüb. Aydın məsələdir ki, bu filmin maliyyəsinin ermənilərə gedib çıxdığı şübhəsizdir.